Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan geniş müsahibə verib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, xəbər verir ki, nazir Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan əraziləri arasında nəqliyyat əlaqəsinin olacağını təsdiqləyib.
“Düzdür, bu dəhliz Laçın dəhlizi kimi olmayacaq, amma Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələri olacaq, kommunikasiya bərpa olunacaq. Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyi üçün bütün tələbləri icra edəcək. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti icra edəcək”.
Nazir Ermənistan Ordusunda ciddi islahatların aparıldığını da əlavə edib.