Ağdamın ermənilər tərəfindən işğalından illər sonra – 2010-cu ildə çəkilmiş görüntüləri yayımlanıb.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşım edib.
Baş konsul videoya yazdığı şərhində bildirib ki, 2010-cu ildə ABŞ-dan Ağdama gələn erməni gənclər azərbaycanlıların dağıdılmış evləri ilə lovğalanırlar:
“1993-cü ildə Ermənistanın Ağdamı işğal etməsi ilə 130 min azərbaycanlı zorla didərgin salındı. Ağdam şəhəri və onun kəndləri işğal illərində tamamilə məhv edildi”.
Qafqazinfo