Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı yenidən Space TV-yə qayıdıb.
NOCOMMENT.az xəbər verir ki, o, həftə içi beş gün yayımlanacaq axşam şousunun aparıcısı olacaq. 18:00-dan 20:00-a qədər davam edəcək proqramda araşdırma xarakterli mövzuların da işıqlandırılması gözlənilir.
Qeyd edək ki, R. Ağasəfqızı 2000-2010-cu illər aralığında Space telekanalında çalışıb.