KİV: Sarkisyan seçkilərdə iştirak etməyəcək və Köçəryanı dəstəkləməyəcəkbackend

KİV: Sarkisyan seçkilərdə iştirak etməyəcək və Köçəryanı dəstəkləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sədri olduğu Respublikaçılar Partiyası iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, S.Sarkisyan yaxın ətrafına seçkilərdə iştirak etməyəcklərini və keçmiş prezident Robert Köçəryanı dəstəkləməyəcəklərini deyib. O bildirib ki, Vətən Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyana dəstək vermək niyyətindədirlər.

Respublikaçılar Partiyasının tanınmış simaları isə bəyan ediblər ki, S.Sarkisyan seçkilərdə şəxsən iştirak etməzsə, onlar R.Köçəryanın başçılıq etdiyi siyahı üzrə namizəd olacaqlar.

Qəzetin yazdığına görə, keçmiş baş nazir Vazgen Manukyanın başçılıq etdiyi Vətənin Xilası hərəkatında vahid siyahı ilə bağlı fikir ayrılığı var.