Ermənistan Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı fakt üzrə cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun müşaviri Qor Abramyan Sputnik Armenia-ya bildirib.
“Baş Prokurorluq məsələ ilə bağlı məlumat alıb. Məlumat araşdırılmaq üçün Xüsusi İstintaq Xidmətinə göndərilib. İstintaq işinə başlayıb, başlamamaq barədə qərar bundan sonra veriləcək”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda 53 vəkil prezident Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı bəyanat imzalayıb. Onlar bildirib ki, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub. 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Ölkə konstitusiyasına əsasən yalnız 6 il Ermənistan vətəndaşı olan şəxslər prezident seçilə bilər.
A.Sarkisyan 2018-ci il martın 2-də prezident seçilib. Onun Britaniya pasportu isə 2012-ci il martın 1-də ləğv edilib.