Mirzoyan: MQ-nin bəyanatı İrəvanı məmnun etdibackend

Mirzoyan: MQ-nin bəyanatı İrəvanı məmnun etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində dialoqu davam etdirmək lazımdır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan MDB Parlamentlər Assambleyasının yaz sesiyasında çıxışı zamanı deyib.

O, Ermənistanın bu formatı hər zaman dəstəklədiyini bildirib.

Mirzoyan buna heç bir alternativ olmadığını deyib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun iki gün öncə gecə ilə verdiyi bəyanat Ermənistanda kifayət qədər məmnunluqla qarşılanıb. Bu bəyanat və açıqlamaların hazırda Ermənistanın maraqlarına və işğal siyasətinə uyğun olduğunu açıq şəkildə deməkdən çəkinməyən erməni politoloqlar da Minsk Qrupunun mövcudluğu üçün Ermənistan rəsmilərinin aktiv iş aparmalı olduğunu bildirmişdilər.

Azərbaycan isə keçmiş və artıq tarixin arxivinə gömülən təkliflər üzərində danışıqları dirçəltməyə çalışan MQ-nin varlığını artıq saydığını bir neçə dəfə rəsmi şəkildə elan edib.