Zülfüqarov: Ermənistan üçün vahid güc dövrü bitdibackend

Zülfüqarov: Ermənistan üçün vahid güc dövrü bitdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda artıq heç bir qüvvə təkbaşına dominant siyasət apara bilməyəcək. İstənilən halda parlament seçkiləri bunu bir daha sübut edəcək. Bu gün Ermənistanda ciddi bir qütbləşmə mövcuddur və bu, seçkilərə təsir edəcək.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda seçkiqabağı vəziyyət haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan cəmiyyəti seçkiqabağı ciddi bir qütbləşmə halındadır: “Belə ki, ölkədə qərbyönümlü insanlarla rusiyayönümlü insanların fikir ayrılığı dərinləşir. Təbii ki, bu, siyasi partiyalar, onların seçki kampaniyaları, eyni zamanda vədlərinə də təsir edir.

Xüsusilə bu gün ölkədə 44 günlük müharibənin verdiyi bir inamsızlıq mühiti mövcuddur. İnsanların böyük bir qismi düşünür ki, Qərbə meyil etmək lazımdır və Ermənistanın xilası Qərbdədir. Lakin bu bir reallıqdır ki, qərbyönümlü partiyalar seçkilərdə təkbaşına qalib gələ bilməyəcək və buna görə koalisiya hökuməti formalaşacaq. Ümumiyyətlə, artıq Ermənistanda o dövr deyil ki, hansısa siyasi qüvvə dominantlıq etsin.

Təcrübə göstərir ki, koalision hökumətlər elə də uğurlu olmur – xüsusilə də bu Ermənistan kimi bir ölkədirsə.

Seçiqabağı gərginlik, fikir ayrılıqları isə seçkilərin nəticələrinə də, sonrakı proseslərə də təsir edəcək”.