Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan ölkənin keçmiş elitası və eks-prezident Robert Köçəryanı kənara çəkilməyə səsləyib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Marukyan hazırkı hakimiyyəti “milli faciə” adlandırıb.
“Ölkəni bu fəlakətdən çıxarmaq üçün növbədənkənar seçkinin keçirilməsi lazımdır. Lakin burada müəyyən problemlər var. Hazırkı hakim komandanın əsl elektoratı 10-15% seçicidir, amma onlara həmçinin keçmiş hakimiyyətin qayıtmasını istəməyənlər də səs verəcək. Mən Robert Köçəryana təklif etmişəm ki, kənara çəkilsin və biz bu insanları Paşinyanın rəhbərliyi altında müxalifət fraksiyasına çevirək”, – deyə o bildirib.