Ermənistan və Azərbaycanın milli təhlükəsizlik idarələrinin rəhbərləri əsirlərin məsələsinin həlli ilə bağlı mütəmadi olaraq görüş keçirirlər.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Stepan Melkonyan deyib.
“Son dəfə yəqin ki, onlar bir ay əvvəl görüşüblər. Bu o demək deyil ki, onların arasında əlaqə yoxdur. Birbaşa görüşlərdən başqa telefon əlaqəsi də mövcuddur”, – deyə o bildirib.