Rusiya Federasiyası Omsk vilayətinin səhiyyə naziri tapılıb.
NOCOMMENT-in unikal.org-a istinadən verdiyi məlumata görə, mayın 7-də Bolşeukovsk rayonunda meşədə itkin düşən nazir Alkesandr Muraxovskinin sağ-salamat tapıldığı barədə region hökumətindən bildirilib.
Onun vəziyyətinin normal olduğu, rayon xəstəxanasında müayinədən keçdiyi açıqlanıb. İlkin məlumata görə, nazir özünü yaxşı hiss edir.