Real partiyasının sədr müavini Natiq Cəfərli ilə Ağ Partiyanın başqan müavini Əhəd Məmmədli Müsavat TV-nin canlı yayımında bir-birinə qarşı ağır sözlərdən istifadə ediblər.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, “Canlı debat”da üz-üzə gələn müxalifət funksionerləri qarşılıqlı təhqirə qədər gedib çıxıblar. Ə.Məmmədli opponentini “qanmaz” adlandırıb və cavabında “qanmazın yekəsi sənsən, sənin sədrindir” sözlərini eşidib.
AĞ Partiyanın başqan müavini N.Cəfərlini satqınlıqda ittiham edib: “Tutuldun, heç 20 gün prokurorluqda qala bilmədin. Dedin ki, İlqar Məmmədov deyib. Bunlar əqidəsiz adamlardırlar…”
N.Cəfərli isə cavabında onu “debil” adlandırıb: “Azərbaycan hakimiyyəti belə “debil”ləri gətirib Azərbaycan siyasətinə qoyub”.
Qonaqlar, hətta bir-birinə qarşı söyüşlü sözlərdən də istifadə ediblər.
Aparıcı onları sakitləşdirməyə çalışsa da, alınmayıb, nəticədə verilişi yarımçıq kəsməli olub.