Saytlarda və televiziyalarda ədəbi dilin normaları çox tez-tez pozulur.
NOCOMMENT.az xəbər verir ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Saytların dil mənzərəsi” adlı tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O qeyd edib ki, burada korrektor və redaktor işi məsələsi var və peşəkarlıq əsasdır./Axar.az