Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan tutduğu vəzifədən azad edilib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.
Qeyd edək ki, iyulun 20-də hələ baş nazir təyin olunmamış Paçinyan A.Karapetyanın müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə qərar imzalamışdı. O, bu təyinata qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışmışdı.