FHN Hirkan Milli Parkında maarifləndirmə tədbiri keçirdibackend

FHN Hirkan Milli Parkında maarifləndirmə tədbiri keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti Hirkan Milli Parkının ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maairfləndirmə tədbiri keçirib.

FHN-dən NOCOMMENT-ə verilən məlumata görə, tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.