Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi olub.
Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, mərasim sentyabrın 10-da Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında keçirilib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib.