Bakıda hərəkət edən marşurut avtobuslarının intervalında gecikmələr yaranıb.
“Xaliq Faiqoğlu” şirkətinin rəsmisi Nizam Rzayev NOCOMMENT.az -a paytaxtın bütün yollarında sıxlıq müşahidə olunduğunu və bütün marşrut xəttlərinin pozulduğunu bildirib.
Rzayev bunun qarşıdan gələn qeyr-iş günlərinə görə nəqliyyat axının çoxalması ilə əlaqədar olduğunu qeyd edib.
Avtobusların əsasən Bakı-Sumqayıt yolunda, “3-ün kruqu”, “20 yanvar” metro stansiyası, “Dərnəgül” və “Ayna Sultanova” istiqamətində qaldığını bildirən şirkət rəsmisi kifayət qədər avtobus ayırıldığını, sıxlığın onlardan aslı olmayan səbəblərdən olduğunu vurğuayıb.