Space TV-nin prezidenti Müşfiq Hətəmov tərəfindən telekanalın baş prodüseri vəzifəsinə gətirilən Rauf Dadaşov işdən ayrılıb.
NOCOMMENT xəbər verir ki, bu barədə məlumatı Dadaşovun özü qafqazinfo-ya təsdiqləyib.
“Bir müddət quruculuqda iştirak etdim, Müşfiq Hətəmova kömək etdim və missiyam başa çatdı”, – deyə o bildirib.
Xatırladaq ki, M.Hətəmov Space TV-yə prezident təyin olunandan ciddi islahatlar edəcəyini bildirmiş, telekanalın loqosunu yeniləmiş, efirə tanınmış simaları cəlb etmişdi. Bütün bunlara baxmayaraq, onun islahatlarının özünü doğrultmadığı iddia olunur.