Məhkəmə teleaparıcının Space TV-də işə bərpasına qərar verdibackend

Məhkəmə teleaparıcının Space TV-də işə bərpasına qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Yasamal rayon məhkəməsində teleaparıcı Zamirə Dadaşovanın Space TV-nin baş direktoru Vado Karovinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Z.Dadaşova sosial şəbəkədə bildirib.”Dostlar, bu dəfə də qalibəm! Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə qarşı iddia tələbim təmin edildi. Məhkəmənin qərarı ilə Space MMC-də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım ödəniməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm”, – deyə aparıcı bildirib.