Sabiq başçı ev dustaqlığına BURAXILMADIbackend

Sabiq başçı ev dustaqlığına BURAXILMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası yanvarın 18-ə təyin olunub.