Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Prezidenti və Ermənistanın hökumət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının Qazaxıstandakı fəaliyyətini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.