Qarabağdakı Rusiya sülhməramlı kontingenti növbət humanitar aksiya keçiriblər. Bu dəfəki aksiya Ağdərədə erməni uşaqları üçün təşkil olunub.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Rusiya hərbçiləri Ağdarədə erməni uşaqlarına şirniyyat və oyuncaqlar paylayıblar.
“Növbəti həftə üçün Koçoqot və Çərəktar kəndlərində humanitar aksiyaların keçirilməsi planlaşdırılır”, – deyə rəsmi məlumatda bildirilib.
Rus sülhməramlılarının humanitar aksiyaları yanvarın sonuna qədər davam edəcək.