“ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılmayıb”.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda keçirdiyi brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Psaki qeyd edib ki, ondan bu barədə soruşulduğu gündən heç nə dəyişməyib: “Prezidentin getmək fikri yoxdur. Təkrar edirəm, biz bunu burada və ya hökumətin heç bir yerində, kiminsə gedəcəyini, kimlərin və hara gedəcəyini təhlükəsizlik baxımından işıqlandırmayacağıq”.
Qeyd edək ki, aprelin 14-də jurnalistlərlə söhbətində Amerika lideri Co Bayden Ukraynaya səfər etməyə hazır olduğunu açıqlayıb.