Füzulidə vəfat edən hərbçi dəfn olundu – Fotolarbackend

Füzulidə vəfat edən hərbçi dəfn olundu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 12-də Füzuli rayonunda baş vermiş yol qəzasında vəfat edən hərbçi doğulduğu Şamaxı rayonunda dəfn edilib.

NOCOMMENT.az-ın məlumatına görə, baş gizir Zahid Səlimov Şamaxının Əhmədli (keçmiş Kürdəmic) kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verib. C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

qafqazinfo