Küveytdə həddindən artıq istilər səbəbilə dəfnlər gecə olacaqbackend

Küveytdə həddindən artıq istilər səbəbilə dəfnlər gecə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytdə yayda həddindən artıq istilər səbəbindən cəsədlərin gecə basdırılmasına qərar verilib.

NOCOMMENT.az xəbər verir ki, ölkə mətbuatında dərc olunan xəbərlərə görə, meyitlər iyul və avqust aylarında gecə dəfn oluna bilər.

Küveytdə çıxan “Ər-Ray” qəzetinin xəbərində bu qərarın həyata keçirilməsi üçün nazirlikdən fətva alındığı bildirilib.

Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə dəfnlərin şam və gecə namazı arasında yerinə yetiriləcəyi, bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlərin göstəriləcəyi bildirilib.

NOCOMMENT.AZ