Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian arasında görüş keçirilib.
NOCOMMENT.az xəbər verir ki, görüş İran XİN başçısının Ankaraya səfəri çərçivəsində baş tutub.
Nazir Əmir-Abdullahian görüşdən əvvəl İran mediasına açıqlamasında deyib ki, o, bu gün axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.