Özbəkistanın Qaraqalpaq Muxtar Respublikası ərazisində fövqəladə vəziyyət rejimi ləğv ediləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.
Fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.
Qərar təsdiq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.
Fövqəladə vəziyyət iyulun 2-də tətbiq edilib.