Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 829 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1 164, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.
Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547 təşkil edir.