Türkiyə və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyan arasında 5-ci görüşün tarixi məlum olub.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə növbəti görüşün sentyabrda keçiriləcəyini bildirib.
“Proseslər kövrəkdir, daimi sülh təmin edilməlidir”, – deyə nazirlikdən qeyd olunub.
XİN-dəki mənbə həmçinin görüşün harada keçiriləcəyinə aydınlıq gətirib: “Bu, düşmənlərin toplantısı deyil, üçüncü ölkədə keçirilə bilməz”.
Xatırladaq ki, onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. Növbəti 3 görüş isə Avstriyanın paytaxtı Vyanada baş tutub.