Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda qadın terrorçulardan ibarət qruplaşma polis məntəqəsinə silahlı hücum edib.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Nazirlin sözlərinə görə, hücum zamanı 1 polis əməkdaşı şəhid olub, daha 1 polis isə yaralanıb.
Nazir terror aktının PKK tərəfindən həyata keçirildiyini və hadisə zamanı mülki vətəndaşın da yaralandığını deyib: “Eyvanda oturan mülki vətəndaşlarımızdan birinə də güllə dəyib. Şükürlər olsun ki, onun həyatı üçün təhlükə yoxdur”.