Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
NOCOMMENT.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.
Saat 07:00 radələrində şəhər istiqamətində hərəkətdə olan 10-AA-659 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub.
Piyada hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.