Abdin Fərzəliyev onu Şura sədri təyin etdi – FOTOFAKTbackend

Abdin Fərzəliyev onu Şura sədri təyin etdi – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vaxtlar “İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta vəsiqəsini və geyim formasını geyinərək “mayor” olan Elçin Quliyev haqda redaksiyamıza məlumat və fotolar daxil olub.

NOCOMMENT.az xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbə konkret.az-a göndərdiyi məktubda iddia edib ki, Elçin Quliyevin heç bir savadı yoxdur, lakin buna baxmayaraq Abşeron İcra Hakimiyyətində İctimai Şura sədri vəzifəsini tutur. Onun hansı yüksək nəaliyyətlərinə görə fəaliyyət göstərdiyi isə bəlli deyil.

Mənbənin məlumatına görə, Elçin Quliyev vaxtilə İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı Firdovsi Ələkbərovun “sağ əli” kimi özünü təqdim edərək insanları bu quruma cəlb etməyə çalışırdı. Sonralar məlum oldu ki, ümumiyyətlə CIPDH Mərkəzi Asiya bürosu Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. Şəxslərə saxta “rütbə” vəd edərək pul aldığına görə 2019-cu ildə Firdovsi Ələkbərov həbs edildi. Elçin Quliyevin isə həmin dönəmlərdə saxta general ilə sıx əməkdaşlıq etdiyi, forma geyindiyi göndərilən fotolarda əks olunub.

Mənbə iddia edib ki, diplomsuz və savadsız şəxsin İcra Hakimiyyətində İctimai Şura sədri işləməsi qanuna ziddir.

İddia ilə bağlı Abşeron Rayon İcra hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli ilə əlaqə saxladıq. O bildirdi ki, Elçin Quliyevin saxta keçmişi ilə bağlı heç bir informasiyaya malik deyil. Ona görə də səsləndirilən iddia ilə bağlı məlumat verə bilməz. Yazıda adı çəkilən Elçin Quliyev isə saytımıza açıqlamasında bildirdi ki, şəxslərə saxta “rütbə” vəd edərək pul aldığına görə 2019-cu ildə həbs edilən Firdovsi Ələkbərovla heç işbirliyi olmayıb: “Bizdə sadəcə hüquq bürosu var idi və o bizimlə müqavilə bağlayırdı. Amma sonradan bizə lazımı sənədləri vermədiyi üçün onlarla anlaşmamızı pozduq. Hətta həmin (Firdövsi Ələkbərovun həbsi – red) işdə zərərçəkənlərdən biri də mən olmuşam. Çox adam çox söz deyə bilər” – Elçin Quliyev bildirib.

Elçin Quliyev əlavə edib ki, İctimai Şura ictimai esaslarla fəaliyyət göstərir və burada maaş sistemi yoxdur: “Hazırda mayor formasından istifadə etmirəm. Bizə vədlər verilmişdi, ancaq hamısı yalan çıxdı. Mənə və digərlərinə ziyan dəydi. Sadəcə mənə vurulan ziyan az idi deyə məhkəməyə müraciət etmədim. Həmin qurumun qanunsuz fəaliyyət göstərdiyindən isə xəbərsiz olmuşam, yəni aldanmışam” – Quliyev əlavə edib.