Abdullahiyan Dəməşqə getdi – Bəşər Əsədlə görüşbackend

Abdullahiyan Dəməşqə getdi – Bəşər Əsədlə görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsəd və Suriyanın xarici işlər naziri Feysəl Mekdad ilə görüşmək üçün Dəməşqə gedib.

NOCOMMENT.az xəbər verir ki, İranın baş diplomatı İsrailin Qəzza zolağına hücumundan danışıb və işğalı dərhal dayandırmağa çağırış edib.

“Tehran Suriya ərazisinin bir hissəsində xarici tərəflərin icazəsiz mövcudluğunu pisləyir. Eyni zamanda demək istəyirəm ki, Qəzzada siyasi həll yolu, müharibədən qaçmaq, soyqırımı və İordan çayının qərb sahilində müharibə cinayətlərini dayandırmaqdan başqa variant yoxdur.

Mən buradan Dəməşqdən yüksək səslə elan etmək istəyirəm ki, regionda davamlı təhlükəsizliyin açarı Amerika-İsrail birgə soyqırımını və Qəzza xalqına, fələstinlilərə qarşı cinayətləri dayandırmaqdır” – deyə, Abdullahiyan qeyd edib.