ABŞ Səfirliyi Türkiyənin cənub bölgələrinə səfərlərlə bağlı xəbərdarlıq yayıb.
NOCOMMENT.az xəbər verir ki, təhlükəsizlik səbəbi ilə ABŞ-nin Adanadakı Konsulluğundan vacib olmayan əməkdaşların təxliyəsi qərara alınıb.
Səfirliyin X hesabında yayımlanan məlumatda bildirilir ki, Cənub-Şərqi Türkiyə üçün səyahət tövsiyəsi ən yüksək səviyyəyə, yəni “Səviyyə 4 – Səyahət etməyin” mərhələsinə yüksəldilib. Ölkə üzrə ümumi səviyyə isə dəyişməyərək “Səviyyə 2 – Əlavə ehtiyatlı olun” olaraq qalır.
Qeyd olunur ki, ümumi risklərdə ciddi dəyişiklik olmasa da, ABŞ diplomatik fəaliyyətindəki yeniliklər fonunda cənub-şərq bölgəsində təhlükəsizlik riskləri artıb. ABŞ Dövlət Departamenti 9 mart 2026-cı il tarixində ehtiyat tədbiri olaraq vacib olmayan əməkdaşlara və ailələrinə konsulluğu tərk etməyi tövsiyə edib.













