ABŞ administrasiyası dağılan körpüyə 60 milyon ayıracaqbackend

ABŞ administrasiyası dağılan körpüyə 60 milyon ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Merilend ştatının Baltimor şəhərində dağılan Frensis Skott körpüsünün təmiri ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Departamentinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, vəsait körpünün layihələndirilməsi və yenidən qurulmasına sərf olunacaq. Gələcəkdə zərurət yaranarsa, vəsait artırılacaq.

Qeyd edək ki, martın 26-da Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil suya düşüb. Hadisə zamanı 6 nəfər faciəvi şəkildə ölüb, 7-si ağır yaralanıb.