ABŞ Afrikaya qoşun yerləşdirir – SƏBƏBbackend

ABŞ Afrikaya qoşun yerləşdirir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger üsyançılarının Vaşinqtonla hərbi razılaşmanı pozmasından sonra Amerika Birləşmiş Ştatları Afrikada qoşun yerləşdirmək üçün alternativ variantları nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid məlumat verib. Onun sözlərinə görə, Nigerdəki siyasi vəziyyət getdikcə qarışıb.

Cek Rid vurğulayıb ki, ortaya çıxan çətinlik bu bazadan münaqişə və ya rəqabət nöqtələrinə çatmağın nə qədər vaxt tələb etməsidir. O, yerli hakimiyyət orqanları ilə də əməkdaşlıq qurulmasının mühüm olduğuna diqqət çəkib. Senatın Silahlı Qüvvələr Komitəsinin sədri qeyd edib ki, ABŞ hərbi qüvvələrlə yanaşı, Afrikada da diplomatik mövcudluq yaratmalıdır.

Qeyd edək ki, Nigerdə ​​hakimiyyəti ələ keçirən üsyançılar ABŞ ilə hərbi müqaviləni ləğv edib.