ABŞ Balkan ölkələrindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndiribbackend

ABŞ Balkan ölkələrindən olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları genişləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Balkan ölkələrindən olan bir sıra fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Dövlət Departamentinin saytında məlumat dərc olunub.

“Bu gün Dövlət Departamenti Qərbi Balkan ölkələrindən Rusiyanın regiondakı zərərli təsiri və buna şərait yaradan korrupsiya ilə əlaqəsi olan iki fiziki və 12 qurumu təyin edir”, – bəyanatda deyilir.

Maliyyə Nazirliyi Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniyada Rusiyanın təsirinə birbaşa töhfə verən səkkiz fiziki və altı hüquqi şəxsə sanksiya tətbiq edib.

O cümlədən, Serbiya Xalq Partiyasının rəhbəri Nenad Popoviç və “Serbiya sağçıları”nın lideri Mişa Vaçiçə sanksiya verilib. Sonuncu Rusiyanın yeni regionlarında keçirilən referendumlarda iştirakda, Popoviç isə “Kremllə sıx əlaqələrdə” ittiham olunur.