ABŞ bütün dünyada mühakimə olunmalıdır – Çin XİNbackend

ABŞ bütün dünyada mühakimə olunmalıdır – Çin XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” “WikiLeaks”in qurucusu Culian Assange ABŞ haqqında məlumatları ifşa etdiyinə görə mühakimə olunmalıdır, lakin ABŞ-ın bir sıra yüksək vəzifəli məmurları dünya üzrə casusluq və həssas məlumatların oğurlanmasına görə mühakimə edilməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

“Məhkəmə edilməli olan Assange deyil, digər ölkələrdə geniş şəkildə casusluq edən və məxfi məlumatları oğurlayan “haker imperiyası”dır”, – deyə vurğulayıb.

Məlumat üçün bildirək ki, 51 yaşlı Assange Birləşmiş Ştatlarda məxfi məlumatların açıqlanması ilə bağlı ABŞ tarixində ən böyük işlə bağlı cinayətlərdə ittiham olunur. Onu bütün maddələr üzrə ümumilikdə 175 il həbs cəzası gözləyir.

Qeyd edək ki, noyabr ayında Qərbin aparıcı KİV-ləri, o cümlədən “The New York Times”, “The Guardian”, “The Times”, “Le Monde” və “El Pais” ABŞ hökumətini Assanja qarşı ittihamları ləğv etməyə çağırıb.

NOCOMMENT.az