ABŞ, Cənubi Koreya və Yaponiya liderləri görüşəcəkbackend

ABŞ, Cənubi Koreya və Yaponiya liderləri görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin avqust ayında ABŞ-da üçtərəfli görüş keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Aparatından yazılı açıqlama verilib.

Bildirilib ki,  mühüm mövzulardan biri də Şimali Koreya olacaq. 

ABŞ Prezident Co Bayden, Yaponiya Baş nazir Kişida Fumio ilə Cənubi Koreya prezidenti Yoon Suk-yeol arasında üçtərəfli görüşün avqustun 18-də Vaşinqton yaxınlığındakı “Kamp Devid” kampusunda keçirilməsi gözlənilir.

Görüşdə Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı çəkindirmənin gücləndirilməsi yollarının müzakirə ediləcəyi gözlənilir.

İclasda Cənubi Koreya, ABŞ və Yaponiya rəsmilərinin raket xəbərdarlığı sistemi ilə bağlı məlumatların eyni vaxtda paylaşılması üçün bir məsləhət qrupu yaradılmasına dair əldə olunan razılaşmada əldə edilən irəliləyiş qiymətləndiriləcək