ABŞ-da silahlarını təhvil verənlər mükafatlandırılacaqbackend

ABŞ-da silahlarını təhvil verənlər mükafatlandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da fərdi silahlanmaya qarşı mübarizə davam edir.

NOCOMMENT.az xəbər verir ki, Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin rəhbərliyi altında yeni kampaniya başladılıb.

Kampaniya çərçivəsində ölkə üzrə 9 odlu silahın geri alınması məntəqəsi yaradılıb.

Silahlarını təhvil verənlər 500 dollarlıq hədiyyə kartı almaq hüququna malikdirlər. Birdən çox tapança gətirənlərə əlavə 150 ​​dollarlıq hədiyyə çeki verilir.

Kampaniya çərçivəsində minlərlə insan silahlarını hakimiyyət orqanlarına təhvil verib. Artıq 3000-dən çox silahın çatdırıldığı açıqlanıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə, bu il ABŞ-da təxminən 6 min adam silahlı hücumlarda həyatını itirib.

NOCOMMENT.AZ