ABŞ-də helikopter qəzaya uğradı – İki hərbçi öldübackend

ABŞ-də helikopter qəzaya uğradı – İki hərbçi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, ölkə mediasının məlumatında, hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir. Dördünün isə ağır yaralandığı ehtimal edilir.

Qəza Meksika ilə sərhədə yaxın, La Qrulla şəhərində baş verib.

Yerli hökumət sözçüsü bunun “Federal tapşırıqla Sərhəd Patrul Xidməti ilə birlikdə işləyən hərbi vertolyot” olduğunu təsdiqləyib.