ABŞ İLK DƏFƏ yaydı – Yeni BOMBARDMANÇI təyyarənin FOTOLARIbackend

ABŞ İLK DƏFƏ yaydı – Yeni BOMBARDMANÇI təyyarənin FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələri dünyanın ən müasir və strateji texnologiyalarından biri hesab olunan yeni “B-21 Raider” bombardmançı təyyarəsinin ilk rəsmi fotolarını ictimaiyyətə təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, uzun müddətdir məxfi saxlanılan və “altıncı nəsil” olaraq xarakterizə edilən bu təyyarə, görünməzlik (stealth) texnologiyası sahəsində inqilab hesab olunur.

“Northrop Grumman” şirkəti tərəfindən hazırlanan B-21-in yeni fotolarında təyyarənin mürəkkəb dizayn elementləri və aerodinamik quruluşu aydın şəkildə görünür. ABŞ rəsmiləri bildiriblər ki, bu təyyarə həm nüvə, həm də konvensional silahlarla təchiz olunmaq qabiliyyətinə malikdir və dünyanın istənilən nöqtəsindəki hədəfləri radar sistemlərinə yaxalanmadan məhv etmək gücündədir.

Təyyarənin sınaq uçuşlarının uğurla davam etdiyi və yaxın illərdə ABŞ-ın strateji bombardmançı donanmasının əsasını təşkil edəcəyi gözlənilir. Ekspertlərin fikrincə, B-21-in xidmətə daxil olması qlobal hərbi balansda Vaşinqtonun üstünlüyünü daha da möhkəmləndirəcək.

Sara,
NOCOMMENT.az