ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian

ABŞ imzala dedi, biz də imzaladıq - Pezeşkian

İranla ABŞ arasında imzalanmış Anlaşma Memorandumunun bütün müddəaları bizim xeyrimizədir və bu danışıqların nailiyyətləri özünü göstərəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitimiz geri qaytarılacaq. Netanyahu bu danışıqlardan narazı qalan ilk tərəfdir.

ABŞ-ın yalnız bir narahatlığı var: nüvə silahına sahib olmamağımız. Mərhum liderin də dəfələrlə qeyd etdiyi bir şey var - nüvə bombası istəmirik.

Amerikalılar dedilər ki, bunu yazılı şəkildə qeyd edin və imzalayın. Biz də imzaladıq”, - o bildirib.