Cümə günü, 7 avqustda Odessada partlayış səsləri eşidilib. Şəhərə Rusiya dronları hücum edib.
NOCOMMENT.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücumun episentri Şevçenko Parkındakı “Çernomorets” stadionu olub. Pəncərələr sınıb, dam isə zədələnib. İdman obyektinin ətrafındakı otluq ərazidə yanğın olub.
Şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Lisak idman infrastrukturuna dəyən ziyan və itkilər barədə məlumat verib.
Qeyd edək ki, 8 avqustda, şənbə günü stadionda Ukrayna Premyer Liqasında “Çernomorets” və “Kolos” komandaları arasında oyunun keçirilməsi planlaşdırılırdı.
Şevçenko Parkındakı stadion 1936-cı ildə inşa edilib və 2011-ci ildə əsaslı təmirdən sonra müasir futbol kompleksinə çevrilib. Bu arena ən çox Ukrayna Super Kuboku matçına ev sahibliyi etmək rekorduna malikdir və həmçinin çoxsaylı milli komanda oyunlarına və Avropa Kuboku matçlarına ev sahibliyi edib.











