Ramzan Kadırovun oğluna YÜKSƏK AD VERİLDİ: “Çeçenistan Qəhrəmanı” oldu

Ramzan Kadırovun oğluna YÜKSƏK AD VERİLDİ: “Çeçenistan Qəhrəmanı” oldu

Çeçenistan lideri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov “Çeçenistan Qəhrəmanı” ali dövlət təltfinə layiq görülüb.

NOCOMMENT.az xəbər verir ki, respublika hökumətinin məlumatına görə, 20 yaşlı Əhməd Kadırov bu ada bölgədə idmanın və fiziki tərbiyənin inkişafına verdiyi əhəmiyyətli töhfələrə, eləcə də həyata keçirdiyi səmərəli fəaliyyətə görə layiq görülüb.

Xatırladaq ki, o, həmçinin Çeçenistan Respublikası Baş nazirinin müavini və gənclər və idman naziri vəzifələrini icra edir.