ABŞ-ın İsrailə “İrana qarşı birgə hərbi planlaşdırma” təklif etdiyi iddia edilirbackend

ABŞ-ın İsrailə “İrana qarşı birgə hərbi planlaşdırma” təklif etdiyi iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin rəsmilərinin bu yaxınlarda İsrailə “İrana qarşı birgə hərbi planlaşdırma” təklif etdiyi iddia edilib.

NOCOMMENT xəbər verir ki, Axios News-un ABŞ və İsrail mənbələrinə əsaslanan xəbərinə görə, bu təklif ABŞ Müdafiə naziri Lloyd Ostin, Baş Qərargah rəisi general Mark Milley və ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Erik Kurillanın İsrailə səfəri zamanı çatdırılıb. .

İsrail isə ABŞ-ın İrana mümkün hücuma etiraz edəcəyi təqdirdə İsrailin birtərəfli hərbi əməliyyatlarına əl-qolunu bağlayacağından ehtiyat edərək, bu təklifə “laqeyd” yanaşma nümayiş etdirib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi İrana qarşı “birgə hərbi planlaşdırma” həyata keçirmək təklifinin “İranın nüvə proqramına qarşı birgə hücum planı olmadığını” vurğulayarkən, başqa bir ABŞ mənbəsi bu planın “İsrailin əl-qolunu bağlamaq” məqsədi daşımadığını iddia edib.

Adı açıqlanmayan bir İsrail rəsmisi isə bu ideyanı (təklifi) rədd etməsələr də, bunun praktikada nə demək olacağına və birgə əməliyyatlara çevrilib-keçməyəcəyinə dair izahat gözlədiklərini diqqətə çatdırıb.

Pentaqonun sözçüsü polkovnik-leytenant Phillip Ventura Axios-a bildirib ki, Müdafiə Departamentinin rəhbərləri bildiriblar ki, “İsrail Müdafiə Qüvvələri ilə hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən qarşılıqlı fəaliyyətin inkişafı və təşviqi üçün hərbi təlimlərdə birgə iştirakın artırılmasında maraqlı olduqlarını dəfələrlə açıqlayıblar”.