ABŞ İsrailə Qəzza zolağında HƏMAS müqaviməti ilə bağlı xəbərdarlıq edibbackend

ABŞ İsrailə Qəzza zolağında HƏMAS müqaviməti ilə bağlı xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, Miçiqan Universitetinin ictimai siyasət üzrə dosenti Caved Əli bildirib ki, İsrail Qəzza zolağında quru əməliyyatına başlamaq qərarına gəlsə, şiddətli müqavimətlə üzləşəcək, çünki Fələstinin Həmas hərəkatının geri çəkiləcək yeri yoxdur.

“İsraillə sərhədlər bağlı qalır, yalnız Misirlə sərhəddəki keçid məntəqəsi humanitar yardımın idxalına icazə verir. Getmək üçün heç bir yer olmadığından, HƏMAS-ın İsrailin işğalını dayandırmaq və dəf etmək qərarına gəlməsi tamamilə mümkündür”, – nəşr yazır.

Məqalə müəllifi hesab edir ki, HƏMAS tələlərdən, yol kənarındakı bombalardan, əldəqayırma partlayıcı qurğulardan, snayperlərdən istifadə edəcək. Qrup həmçinin İsrail Ordusu ilə mübarizədə geniş yeraltı tunellər şəbəkəsinə müraciət edəcək.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.