ABŞ-nin İraqın paytaxtı Bağdad şəhərindəki səfirliyi İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı İraqın təhlükəsizlik xidmətindəki mənbəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində diplomatik missiyanın ərazisindən qatı tüstü yüksəldiyi bildirilir.
“Dron səfirliyin ərazisinə zərbə endirib”, – deyə təhlükəsizlik rəsmisi qeyd edib.
Digər bir mənbə isə hədəfin məhz ABŞ-nin Bağdaddakı diplomatik nümayəndəliyi olduğunu təsdiqləyib.
Sara
NOCOMMENT.az













