ABŞ planına qarşı Rusiya türk ölkələri ilə müttəfiq olurbackend

ABŞ planına qarşı Rusiya türk ölkələri ilə müttəfiq olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Çin ABŞ-a qarşı mübarizə mexanizmini təşkil edən Rusiyanın əsas müttəfiqləridir.

NOCOMMENT bu barədə axar.az-a Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev bildirib.

Co Baydenin “Moskvaya təzyiq nöqtəsi Orta Asiya ola bilər” fikrini şərh edən ekspert bildirib ki, ABŞ-ın Asiyadakı fəaliyyətinə yalnız Türkiyə və Çin ilə müttəfiq olmaqla əks-təsir göstərmək mümkündür.

“Rusiya ilə tərəfdaş olan Özbəkistan və Türkmənistan da var. Onlar Türkiyə və Azərbaycanla fəal əməkdaşlıq edirlər. Amma Rusiya güclü və müstəqil qüvvə olacaq və tərəfdaşlarının arxasında gizlənməyəcək”, – deyə saytın həmsöhbəti vurğulayıb.