ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edibbackend

ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Qazaxıstandan, hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyə niyə qərar verdiyinə aydınlıq gətirməsini xahiş edir.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Onlara (Red – Qazaxıstan hökuməti) Rusiyanın rəhbərlik etdiyi bu quruma niyə üz tutmağa məcbur olduqları ilə bağlı real suallarımız var. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən önəmlisi odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunmalıdır” – Blinken CNN-ə müsahibəsində deyib.

O, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmrini pisləyib: “Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm”.