ABŞ Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyirbackend

ABŞ Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvadan təkcə Putindən deyil, Lavrov, Peskov və başqalarından gələn nüvə ritorikası bizi narahat edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. O qeyd edib ki, ABŞ Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir:

“Biz bunu çox diqqətlə izləyirik və strateji çəkindirici qüvvələrimizin döyüş hazırlığının səviyyəsinin dəyişdirilməsinə ehtiyac görmürük”.

Qeyd edək ki, daha öncə Rusiya rəsmiləri Rusiya dövlətinin mövcudluğunun təhlükə altında olacağı təqdirdə nüvə silahına müraciət edə biləcəklərini açıqlayıblar.